`Valyuta tənzimi haqqında` qanuna dəyişiklik edilib


16:43     13 İyun 2017 milli%20meclis34.jpg

Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olunub.

Femida.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinə dəyişikliklər barədə məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Layihəyə əsasən, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan gətirilməsi və ya çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1012